Banner

Almaniyada təyyarə magistrala çırpıldı, ölənlər var

Xəbərlər 6 Noyabr 2026 23:52
Almaniyada təyyarə magistrala çırpıldı, ölənlər var
WhatsApp kanalımıza abunə olun

Almaniyanın Maqdeburq şəhərində yüngülmühərrikli təyyarə A2 avtomagistralına çırpılıb.

Avtosfer.az bu barədə "Bild" nəşrinə istinadən xəbər verir.

Hadisə nəticəsində iki nəfər həlak olub.

Təyyarə magistrala çırpılandan sonra yanıb. Hadisə yerinə polis, yanğınsöndürənlər və xilasetmə xidmətləri cəlb olunublar.

Yolun paytaxt Berlin istiqamətində olan hissəsi bağlanıb.

Oxunub : 56
ŞƏRH YAZ
Ad

E-mail

Şərh