Sökülən binaların sakinlərinə şad xəbər: əlavə 20 faiz… – VACİB DETAL

Sökülən binaların sakinlərinə kompensasiya olaraq verilən yeni mənzillərlə bağlı vergi güzəşti tətbiq olunacaq. Belə ki, əvvəlki əmlakın sahəsinə uyğun təqdim edilən mənzil və qeyri-yaşayış sahələri, eləcə də müəyyən həddə əlavə sahə vergidən azad ediləcək. Bu məsələ 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb.
Bu, vətəndaşlar üçün hansı üstünlükləri yaradacaq?
Avtosfer.az bildirir ki, Globalinfo.az-a danışan əmlak eksperti Fərid Cəfərli deyib ki, bu dəyişiklik vətəndaşların üzərinə düşən əlavə vergi öhdəliyinin aradan qaldırılması baxımından əhəmiyyətlidir:
“Çünki sökülən binanın əvəzinə yeni tikilidən mənzil və ya qeyri-yaşayış sahəsi əldə edən şəxs bunu klassik mənada yeni investisiya və ya kommersiya gəliri kimi qiymətləndirməməlidir. O, əslində mövcud mülkiyyətinin əvəzinə ekvivalent əmlak əldə edir. Digər mühüm məqam isə güzəştin yalnız yaşayış sahələrinə deyil, qeyri-yaşayış sahələrinə də şamil edilməsidir. Bu, xüsusilə sökülən binada mağaza, ofis, emalatxana və digər kommersiya təyinatlı obyektlərə sahib olan mülkiyyətçilər üçün əhəmiyyətlidir. Belə şəxslər üçün əmlak yalnız mülkiyyət deyil, eyni zamanda sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi iqtisadi aktivdir. Kompensasiya əvəzinə təqdim olunan sahənin vergi yükündən azad edilməsi sahibkarlıq fəaliyyətinin davamlılığına da müsbət təsir göstərə bilər. Hesab edirəm ki, təklif olunan mexanizmin ən əhəmiyyətli tərəflərindən biri məhz 20 faizlik əlavə sahənin də güzəştə daxil edilməsidir. Çünki real tikinti və kompensasiya prosesində əvvəlki əmlakın sahəsi ilə yeni tikilidə təqdim olunan mənzilin sahəsinin tam üst-üstə düşməsi həmişə mümkün olmur”.
Ekspert bildirib ki, qanunvericilik yalnız əvvəlki əmlakın sahəsini vergidən azad etsəydi, 100 kvadratmetr mənzili olan vətəndaşa 115 və ya 120 kvadratmetr mənzil verildiyi halda, əlavə sahə ilə bağlı vergi məsələsi meydana çıxa bilərdi:
“Bu isə kompensasiya mexanizminin mahiyyətinə uyğun olmayan əlavə maliyyə yükü yarada bilərdi. 20 faizlik güzəşt məhz bu problemin qarşısını almağa xidmət edir. Bu addım tikinti şirkətləri ilə mülkiyyətçilər arasında yaranan münasibətlərdə də müəyyən aydınlıq yaradacaq. Kompensasiya çərçivəsində təqdim edilən sahənin hansı hissəsinin vergidən azad olmasının əvvəlcədən müəyyənləşdirilməsi müqavilə danışıqlarında qeyri-müəyyənliyi azaldır. Bu, həm vətəndaş, həm də tikinti şirkəti üçün daha proqnozlaşdırılan hüquqi və iqtisadi mühit deməkdir. Qeyd edim ki, vergi güzəşti özlüyündə kompensasiyanın ədalətli olmasına zəmanət vermir. Əgər əvvəlki əmlakın bazar dəyəri, yerləşdiyi ərazi, təmir vəziyyəti, mənzilin mərtəbəsi və digər xüsusiyyətləri nəzərə alınmadan yalnız kvadratmetr göstəricisi əsasında kompensasiya müəyyən edilirsə, sahə üzrə güzəşt həmin problemi həll edə bilməz. Başqa sözlə, vergi güzəşti ədalətli kompensasiya siyasətinin mühüm elementidir, lakin onun əvəzedicisi deyil”.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












