Banner

Milli Qəhrəmanımızla bağlı BƏD XƏBƏR - Vəziyyəti ağırlaşdı

Xəbərlər 7 Noyabr 2026 11:00
Milli Qəhrəmanımızla bağlı BƏD XƏBƏR - Vəziyyəti ağırlaşdı
WhatsApp kanalımıza abunə olun

Bir müddət öncə səhhəti pisləşən Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevlə bağlı yeni xəbər var.

Avtosfer.az xəbər verir ki, o, səhhətinin kəskin şəkildə ağırlaşması səbəbindən Milli Onkologiya Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib.

Bu barədə Milli Qəhrəmanın döyüşçü yoldaşları bildiriblər.

Xatırladaq ki, Ehtiram Əliyev əvvəlcə 18 oktyabr tarixində Yeni Klinikanın Reanimasiya şöbəsinə yerləşdirilmiş, orada ona xroniki ürək çatışmazlığı, ağciyər ödəmi və anemiya diaqnozları qoyulmuşdu. Daha sonra inun müalicəsi bu xəstəxananın Terapiya şöbəsində davam etdirilmişdi.

Lakin vəziyyəti daha da pisləşdiyi, kəskin çəki itirdiyi və davamlı qanaxması olduğu üçün noyabrın əvvəlində müalicəsini davam etdirmək məqsədilə Milli Onkologiya Mərkəzinə köçürülüb.

Ehtiram Əliyev 1972-ci ildə Ucar rayonunda anadan olub. Bakı Maşınqayırma Texikumunu və "Təfəkkür” Universitetini bitirib.

1992-ci ilin iyunundan 1996-cı ilin avqustuna qədər hərbi xidmət keçib. Cəbhənin Ağdam, Naxçıvan istiqamətlərində döyüşüb. 1995-ci ildə vətən qarşısında borcunu yerinə yetirərkən göstərdiyi igidliyə və şücaətə görə ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Ehtiram Əliyev 1996-cı ildə ordudan tərxis edilib. 1997-1998-ci illərdə Bakının Sabunçu rayon Polis İdarəsində işləyib. Daha sonra Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalında rəis müavini vəzifəsində çalışıb.

Ailəlidir. Bir qızı, iki oğlu var./nocomment.az

Oxunub : 34
ŞƏRH YAZ
Ad

E-mail

Şərh