Yol polisi Bakıda yarım milyonluq maşın saxladı - 99 HJ 999 - FOTO

Bakı şəhər Baş polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində profilaktik tədbirləri davam etdirir. Avtosfer.az xəbər verir ki, gecə saatlarında davam edən reyd zamanı bir qədər əvvəl ( 22:00) Nərimanov rayonu ərazisində 99 HJ 999 dövlət nömrə nişanlı, "Mayback" markalı avtomobil saxlanılıb.
Avtomobilin sürücüsü Ramil Abdullayev təhlükəsizlik kəmərindən istifadə etmədiyi, yol nişanının tələbini pozduğu üçün yol polisi tərəfindən saxlanılıb.
Söhbət zamanı inspektor sürücüdən kəskin spirt iyi gəldiyini hiss edərək tibbi müayinəyə dəvət edib. Müayinə zamanı sürücünün sərxoş vəziyyətdə olduğu aşkarlanıb. Sürücü YPX əməkdaşlarına Rusiyada ticarətlə məşğul olduğunu və Azərbaycana qonaq gəldiyini deyərək onu sərbəst buraxmalarını xahiş edib.
Sürücü yol polislərinə deyib ki, onun üçün avtomobilinin duracağa qoyulmasının problemi yoxdur. Çünki bundan başqa da maçınları var. Hətta onun buraxmaları üçün 20 manat pul da təklif edib.
Lakin avtomobil duracağa qoyulub və sürücü barəsində toplanmış materiallar araşdırılması üçün aidiyyəti üzrə göndərilib.
Orxan
Yanan maşındakı ata-oğulu son anda xilas etdilər - VİDEO
Sürücülər bu yollardan istifadə etsinlər - DYP-dən "Formula-1"lə bağlı müraciət
DYP piyadalara müraciət etdi
DYP kənd təsərrüfatı texnikası sürücülərinə müraciət etdi - Sayları artıb...
Vilayət Eyvazov sıra baxışı keçirib 203 nəfəri seçdi - VİDEO - FOTO
Məktəblilərə yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirici görüşlər keçirilib - VİDEO
"Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir” - Rövşən Tağıyev
“Formula-1”-lə bağlı yollar bağlansa da, tranzit dəhlizlər yaradılacaq – İlk dəfə - DYP açıqladı
Yol polisi Bakıda moped və motosikletlərlə bağlı tədbir keçirib - VİDEO
Təhsil müəssisələrinin ətrafında xidmət gücləndirilib - FOTO
Yol polislərimiz Belarusda qalib oldular - VİDEO














