70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR

1970-ci aprelin 19-da 6 ədəd sınaq üçün yığılmış 2101 VAZ-ın konveyerini tərk etdi. Lakin seriya istehsal 3 gün sonra “proletariatın dahi rəhbəri” Leninin anadan olmasının 100 illiyi günündə başladı. Beləliklə, sovet insanının texnikaya yanaşmasını dəyişən avtomobil həyata vəsiqə aldı. Kütləvi istehsal üçün sentyabrı gözləmək lazım gəldi. Çünki konveyeri uyğunlaşdırmaq, korreksiya aparmaq uzun çəkirdi. Aprelin 19-u bazar gününə təsadüf etsə də, həmin ildə zavod üçün xüsusi iş günü təyin edilmişdi. İstehsal olunmuş 6 avtomobildən 2-si mavi, 4-ü isə qırmızı idi ki, bunlar Sovet və İtaliya bayraqlarını simvolizə edirdi.
Avtosfer.az xəbər verir ki, VAZ-2101 SSRİ-nin süqutundan sonra da istehsalı davam edən modellərin başlanğıcı oldu. “Klassik Jiquli” hesab edilən modellər 2012-ci ilədək Rusiyada, 2014-cü ilədək Misirdə istehsal edildi.
Yeni avtomobilin ortaya çıxması ilə sovet sürücülərinin sürüş tərzi də dəyişdi. “Jiquli” tez-tez qəzalara səbəb olurdu. Xüsusən də böyük şəhərlərdə. Avropalı istehsalçıların tormoz sistemi ilə təchiz olunmuş maşın svetoforda qəflətən dayandıqda arxadan gələn “Volqa”lar qısa məsafədə dayana bilməyərək qəza törədirdi. Nəzərə alaq ki, həmin vaxt Bakıda avtoparkın böyük hissəsini istehsalı 1969-cu ildə dayandırılmış QAZ-21-lər təşkil edirdi. Daha köhnə olan “Pobeda”lar da az deyildi. Sözügedən modellərin tormoz sistemi isə yumşaq desək, bərbad idi. Artıq sürücülər “Jiquli”dən qorxmağa başlamışdılar. Ara məsafəsi saxlamağa vərdiş etməyən sürücülər indi təzə avtomobildən uzaq durmağa başlamışdılar.
İlk “Jiquli” istehsala başlayanda çox sayda xarici detalla yığılırdı. Bu da indiyədək davam edən əfsanələrin yaranmasına səbəb olub.
VAZ-2101-in istehsalı 1983-cü ildə dayansa da, fərqli modifikasiyalar (VAZ-21011, VAZ-21013) 1988-ci ilədək konveyerdə qaldı. Bütün modifikasiyalardan 4 896 900 ədəd VAZ-2101 istehsal olunub. Ümumilikdə isə “VAZ klassikası” adlanan arxa intiqallı avtomobillər 2014-cü ilədək 17,6 milyon ədəd istehsal edilib.
Bir maraqlı faktı da deyək ki, “Jiquli”lərin artması ilə yüksək sürətə həvəs də artdı. Buna görə də SSRİ-də yol hərəkəti haqqında qanuna dəyişiklik edilərək maksimal sürət limiti – 90 km/saat tətbiq edildi. Bu mənasız məhdudiyyət hələ də MDB-nin əksər ölkələrində qüvvədədir.
Bu gün də keçmiş SSRİ məkanında, o cümlədən Azərbaycanda VAZ-2101 və onun bazasında yaradılmış avtomobilləri görmək mümkündür.
İndi ilk illərdə istehsal edilmiş VAZ-2101 kolleksiyaçıların sevimli modelidir. Əgər bu avtomobildə FIAT, “Ferrodo”, “Lic Neiman”, “Magento Marelli”, “Carello” kimi istehsalçıların detalları varsa, o zaman maşının qiyməti tam fərqlidir.
Qeyd edək ki, satışa çıxarılmış ilk “Jiquli” (47 nömrəli kuzov) hazırda Tolyattidə “Avtovaz”ın muzeyindədir. Maşın təxminən 40 il istismar olunduqdan sonra sahibi onu zavoda bağışlayıb.
Vüqar Yaşaroğlu

.jpg)
.jpg)
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR










