Avtomobil etibarnaməsinin Özbəkistan modeli - FOTO

Azərbaycanda avtomobillərə etibarnamə verilməsi ilə bağlı müzakirələr səngimir. Bir çox ekspert sovetdən qalmış etibarnamə sistemi ilə vidalaşmanın vaxtı gəldiyini düşünsə də, hələ ki, bu sənəd tarixin arxivinə verilməyib.
Avtosfer.az xəbər verir ki, etibarnamə bəzi ölkələrdə hələ də əsas sənəd olaraq qalır. Keçmiş SSRİ-nin bəzi ölkələri artıq bu sistemlə vidalaşır. Məsələn, Özbəkistan.

Bir neçə ay əvvəl qanuna edilən dəyişikliklə, sürücülərin əhəmiyyətli bir hissəsi üçün etibarnamə məcburiyyəti aradan qalxdı. Yeni qaydaya əsasən, ata, ana, ər, arvad, oğul, qız, bacı və qardaşın bir avtomobili idarə etməsi üçün etibarnamə tələb edilmir. Bir şərtlə ki, həmin şəxslər barədə məlumat sığorta şəhadətnaməsində yer alsın. Digər şəxslər üçünsə, sovetdən qalan qayda dəyişməyib.

Bəs Özbəkistan bu sahədə novatordurmu? Xeyr. Bu qayda bir çox Avropa ölkəsində mövcuddur. Məsələn, Fransada avtomobili başqasına etibar etmək məsələsini nə polis həll edir, nə də notarius. Maşını kimin sürəcəyi məsələsi sığorta sənədində göstərilir ki, bu da ayrı bir xəbərin mövzusudur.

Vüqar Yaşaroğlu
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO










