“Baharın 17 anı”nda xəta və ya 1943-cü ildə "Jiquli" - FOTOLAR

Filmlərdə hansısa səhvin qəsdən buraxılması rejissorun yanaşmasına görə dəyişir. Bu xəta bəzən uğurlu, bəzən də uğursuz alınır.
Avtosfer.az xəbər verir ki, SSRİ-nin məşhur “Baharın 17 anı” serialında da belə xətalardan birinə yol verilib. 1971-ci ildə filmin ilk seriyaları çəkilərkən kadra təzəcə satışa çıxarılmış VAZ-2101 (Jiquli) də düşüb.

Ştirlis yol kənarında öz “Mercedes”i ilə dayanarkən Jiquli onun yanından ötüb keçir. Axı 1943-cü ildə Jiquli necə ola bilərdi?

Maraqlı budur ki, filmin montajı və yoxlanması zamanı sovet senzurası da bu kadrı görə bilməyib. Çəkilişlər tamamlanıb film ekrana çıxdıqda isə həssas tamaşaçılardan biri bunu görərək Mərkəzi Televiziyanı məlumatlandırıb. Bundan sonra film prokatdan yığışdırılıb, həmin hissə kəsilib montaj olunduqdan sonra təkrar ekranlara qayıdıb.

Qeyd edək ki, bu film həm də Hitler dövrünün avtomobillərini sovet adamlarına tanıdıb.
Vüqar
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR
Sovet Azərbaycanında avtomobil qiymətləri - FOTOLAR
50 il əvvəl XXI əsrin avtomobilini belə təsəvvür edirdilər - FOTOLAR
“Şamaxinka”da tıxaca səbəb olan taksilər niyə yığışdırılmır? - DYP-dən AÇIQLAMA FOTOLAR
Dayanacağı zəbt edən yarım milyonluq “BMW”nin SAHİBİ KİMDİR? - FOTO
Hərəkət qaydası dəyişdi - "Şamaxinka"da ilk dəfə svetoforlar işə düşdü - FOTO - VİDEO
Vahid platforma belə olur: 8 fərqli avtomobil - FOTOLAR
"KAMAZ"ın 50 yaşı tamam olur - FOTOLAR










