Dünyada sürət limiti olmayan cəmi 2 məkan qaldı - FOTO

Almaniyanın avtomagistrallarının (avtoban) üçdə ikisində nəzəri olaraq sürət limiti yoxdur. Yəni, təxminən 500 km yolda maksimum sürətlə hərəkət edən sürücünü heç kim cəzalandırmayacaq.
Avtosfer.az xəbər verir ki, limitsiz yollarda da almanların çoxu 130 km/saatdan yuxarı sürətlə getmirlər. Çünki həm yanacaq sərfi artır, həm də qəza zamanı sığorta ödənişindən imtina edilə bilər.
Son illərdə ekoloqlar məsələ ilə bağlı hökumətə təzyiqi artırırlar. Onlar avtobanlarda 130 km/saat sürət limitinin tətbiqinə çağırış edirlər.

Britaniya kralının mülkiyyəti olan Man adasında da sürət limiti yoxdur. Bura Birləmiş Krallığın ərazisi olsa da, qanunvericilik baxımından muxtar idarəetməyə malikdir. İngiltərədən fərqli olaraq adada sürət limiti olmayıb və yoxdur. Burada 1907-ci ildən keçirilən “Tourist Trophy” yarışmalarında yollar bağlanır, peşəkarlar öz bacarıqlarını nümayiş etdirirlər. 2006-cı ildə keçirilən yarışmada motosikletlə 331 km/saat sürət rekordu qeydə alınıb.
Ada həm də sürət həvəskarlarını cəlb edir. Yüksək sürətdə öz qabiliyyətini sınamaq istəyənlər bura axın edirlər.
Lakin limitsiz sürət qəzasız ötüşmür. 1907-ci ildən indiyədək yarışlarda 150-dən çox sürücü həyatını itirib. Buna görə də, yerli əhali və siyasi fəallar arasında qaydaların dəyişməsi tələb edənlərin sayı artır. Adanı idarə edənlər hələ ki, müqavimət göstərə bilirlər. Amma bu müqavimətin nə qədər davam edəcəyi bəlli deyil.
Vüqar Yaşaroğlu
50 il əvvəl XXI əsrin avtomobilini belə təsəvvür edirdilər - FOTOLAR
“Şamaxinka”da tıxaca səbəb olan taksilər niyə yığışdırılmır? - DYP-dən AÇIQLAMA FOTOLAR
Dayanacağı zəbt edən yarım milyonluq “BMW”nin SAHİBİ KİMDİR? - FOTO
Hərəkət qaydası dəyişdi - "Şamaxinka"da ilk dəfə svetoforlar işə düşdü - FOTO - VİDEO
Vahid platforma belə olur: 8 fərqli avtomobil - FOTOLAR
"KAMAZ"ın 50 yaşı tamam olur - FOTOLAR
Bakının nəqliyyat infrastrukturu necə dəyişəcək? - Baş planda belədir - FOTO
Bu 7 naziri nə birləşdirir? - Maraqlı MƏLUMATLAR
Avtomobil mövzusunda qeyri-adi nominallı sikkə - FOTO
Avtodayanacaqda iki avtomobildən 30 milyon dollar oğurlanıb – Polis 4 nəfəri axtarır - ANBAAN VİDEO
Hibrid avtomobil necə ortaya çıxdı? - FOTO








