İlk "VAZ-2103"ün istehsalından 53 il ötür - FOTO

1972-ci il dekabrın 5-də VAZ-ın konveyerindən ilk 2103 çıxdı.
Avtosfer.az xəbər verir ki, “Fiat” şirkəti ilə birgə hazırlanmış VAZ-2103 baha olmasına baxmayaraq, kifayət qədər populyarlıq qazandı. Doğrudur dekabradək sınaq məqsədi ilə onlarla avtomobil hazırlansa da, modelin konveyer ömrü 5 dekabr hesab edilir. İlin sonunadək 500 avtomobil istehsal edilib və bu maşınlar VAZ-2103V, yəni “müvəqqəti” (vremennıy) kimi markalanıb. Bu modelin fərqinin salonun VAZ-2101-lə eyni olması idi.
Ümumilikdə 1984-cü ilədək 1 304 899 ədəd VAZ-21003 istehsal edilib. VAZ-ın istehsal etdiyi milyonuncu avtomobil də məhz 2103 oldu. Hazırda bu maşın birinci 2103-lə birgə “Avtovaz”ın muzeyində saxlanılır.
Avtomobil SSRİ-dən kənarda “Lada 1500S” adı ilə satılıb. Fransanın Strasburq şəhərində avtomat ötürmə ilə təkrar yığılan model isə “Lada 1500S Automatic” adı aldı.
Avtomobil sovet dövründə çıəkilmiş bir çox filmdə yer alır. Bunlardan ən məşhuru “Qayınana” filmidir desək, yanılmarıq.
Avtomobilin texniki varisi 1976-cı ildə həyata vəsiqə alan VAZ-2106 oldu. Amma bu model xələfindən fərqli olaraq konveyerdə nə az, nə çox 40 il qaldı və 4,6 milyon ədəd istehsal edilməklə sayca ən çox olan klassik Jiquli modeli adını aldı.
Vüqar



50 il əvvəl XXI əsrin avtomobilini belə təsəvvür edirdilər - FOTOLAR
“Şamaxinka”da tıxaca səbəb olan taksilər niyə yığışdırılmır? - DYP-dən AÇIQLAMA FOTOLAR
Dayanacağı zəbt edən yarım milyonluq “BMW”nin SAHİBİ KİMDİR? - FOTO
Hərəkət qaydası dəyişdi - "Şamaxinka"da ilk dəfə svetoforlar işə düşdü - FOTO - VİDEO
Vahid platforma belə olur: 8 fərqli avtomobil - FOTOLAR
"KAMAZ"ın 50 yaşı tamam olur - FOTOLAR
Bakının nəqliyyat infrastrukturu necə dəyişəcək? - Baş planda belədir - FOTO
Bu 7 naziri nə birləşdirir? - Maraqlı MƏLUMATLAR
Avtomobil mövzusunda qeyri-adi nominallı sikkə - FOTO
Avtodayanacaqda iki avtomobildən 30 milyon dollar oğurlanıb – Polis 4 nəfəri axtarır - ANBAAN VİDEO
Hibrid avtomobil necə ortaya çıxdı? - FOTO








