Nizamidə sakinlərin parkinq narazılığı - Mühafizəçi maşınları 1 manata həyətə buraxır - FOTO

Paytaxtın Nizami rayonu, Şirin Mirzəyev küçəsində qayda pozan sürücülər vətəndaşların kütləvi narazılığına səbəb olur.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına fotoşəkillər göndərib. Şikayətçi bildirib ki, sözügedən küçədəki yaşayış kompleksində hər gün demək olar ki, eyni xoşagəlməz mənzərə ilə qarşılaşırlar. Belə ki, avtomobillərini kompleksin həyətində park edən sakinlər nəqliyyat vasitəsini ərazidən çıxara bilmirlər. Fotolardan da göründüyü kimi, avtomobillər pərakəndə bir şəkildə - park edilmiş maşınları mühasirəyə alan formada saxlanılıb.
İzləyicinin sözlərinə görə, üstəlik qayda pozan sürücülər bina sakinləri deyil: “Bu vəziyyətin səbəbkarı yaxınlıqda inşa olunmuş binanın mühafizə xidmətinin əməkdaşıdır. O, yeni binanın sakinlərindən pul alaraq (1 manat) maşınlarını kompleksin həyətində park etmələrinə şərait yaradır. Onlar da avtomobillərini park edilmiş minik vasitələrinə əhəmiyyət vermədən necə gəldi saxlayırlar. Nəticəd əziyyət çəkən biz oluruq. Maşınlarımızı park etdiyimiz ərazidən çıxara bilmirik və sonda məcbur qalaraq taksi, yaxud avtobusdan istifadə edirik. Artıq sakinlər bu vəziyyətdən təngə gəliblər”.
İzləyici bununla bağlı mühafizəçiyə şikayət etdiklərini, lakin onun törətdiyi əməli inkar edərək məsələdən xəbərsiz olduğunu bildirib.
Nərmin




Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR














