Bu yol yararsız haldadır - Sürücülər ya maşınından olur, ya da canından.. - VİDEO

Sumqayıt Dairəvi Magistral yolun Müşfiqabad qəsəbəsindən Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə qədər olan hissəsi yararsız vəziyyətdədir.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomateriallar göndərib. Kadrlardan da göründüyü kimi, yolla rahat şəkildə hərəkət etmək mümkünsüzdür. O bildirib ki, ərazidən mütəmadi olaraq istifadə edən tranzit əhəmiyyətli maşınlar nəzərdə tutulandan daha çox yük daşıdığı üçün yol bərbad haldadır. Yolun asfalt örtüyü nahamar, dərin çökəkliklərlə doludur. Hətta sözügedən yolda salınmış körpü o qədər dağılıb ki, təməlini qoyarkən istifadə olunan dəmirlər görsənir. Nəticədə ərazidən keçən nəqliyyat vasitələrinə maddi ziyan dəyir, sürücülər qəza riskiylə üz-üzə qalırlar. Şikayətçinin sözlərinə görə, yolun Sahil qəsəbəsindən keçən hissəsi, tamamilə sıradan çıxıb.
Ümid edirik ki, sürücülərin kütləvi narazılığına səbəb olan və onları təhlükə qarşısında qoyan yolla bağlı qısa zamanda lazımi tədbirlər görüləcək.
Nərmin
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO












