111 min manata avtomobil nömrəsi – Maşın sahibi nömrəsini SATA BİLƏRMİ?

Avtoxəbər 24 Yanvar 2022 15:50 Oxunub 9550
111 min manata avtomobil nömrəsi – Maşın sahibi nömrəsini SATA BİLƏRMİ?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xəbər verildiyi kimi Bakıda bahalı avtomobil nömrəsi satışa çıxarılıb. Bu barədə elan saytlarının birində məlumat paylaşılıb. Belə ki, “10-ZZ-022” seriyalı dövlət qeydiyyat nişanı nə az, nə çox 111 min manata təklif olunur. Nömrə hazırda Bakı şəhərindədir və hələki satılmayıb.

Ümumiyyətlə elan saytlarında və satış portallarında bir-birindən bahalı avtomobil dövlət nömrə nişanları satılır. Xüsusən qoşa rəqəmli olan həmin nömrələr müştərilərə bir evin qiytmətinə təklif edilir.

Bəs qanunla bu düzgündürmü? Avtomobil sahiblərinin öz avtomobillərinə məxsus dövlət qeydiyyat nişanlarını satmağa ixtiyarı varmı?

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov Bizim.Media-ya məsələ ilə bağlı münasibət bildirib.


Qurum rəsmisinin sözlərinə görə nəqliyyat vasitələrinə dövlət nömrə nişanları yalnız aidiyyatı üzrə qeydiyyat imtahan şöbələrində verilir:

“Sadəcə, vətəndaş adına olan nəqliyyat vasitəsini dövlət nömrə nişanının başqasına verilməsinə imza atdıqdan sonra nömrənin verilməsi mümkünlüyü yarana bilər”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə qeyd edib ki, avtomobil nömrəsinin alınması, bağışlanması və satılması Azərbaycanda qadağan deyil:

“Vətəndaş özünə məxsus nömrəni avtomobilində istifadə etmirsə, kiməsə bağışlaya və sata bilər. Burada hər hansı qeyri-qanuni məsələ yoxdur. Yəni nömrə dövlətin olduğu kimi də qanuni şəkildə qeydiyyata alınır. Bu, normal bir prosedurdur. Məsələ odur ki, bəzi nömrə dəllalları peyda olub ki, onlar nömrələr üzərində alış-veriş edirlər. Hesab edirəm ki, bu cür fəaliyyət qanunla qadağan edilməlidir. Bu dəllallar bəzi nömrələrin qiymətlərini süni şəkildə yüksəldir, ajiotaj yaradıb bunun üzərindən pul qazanırlar.

Belə nömrə ədabazlığı yalnız potsovet ölkələrində papulyardır. Azərbaycanda, Rusiyada, Qırğızıstanda və bəzi ölkələrdə bu dəbdədir. Halbuki Avropa ölkələrində bu məsələyə çox gülünc baxırlar.


Bəzi ölkələrdə isə qanunvericilik imkan verir ki, vətəndaş öz avtomobilinə nömrə alıb yerləşdirsin. Vətəndaşlarımıza ən əsası tövsiyə edirik ki, nömrə ədabazlarının və dəllallarının toruna düşməsinlər. Kimə nömrə lazımdırsa, birbaşa Dövlət Yol Polisinə müraciət etsin və daha güvənli olması üçün nömrəni qanuni yolla alsınlar. Həm də dövlət büdcəsinə xeyir gəlsin”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh