15 min manata alına biləcək 5 maşın – SİYAHI

Azərbaycanda 15 min manata alına biləcək 5 maşının adı açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə digital marketinq mütəxəssisi Fərid Nağıyevin podkast verilişində qonaq olan avtobloger Marat Namazov danışıb.
Aparıcıların fikrincə, ilk sırada bu qiymətə alına biləcək maşın “Toyota Corolla”dır (2010-2012-ci illər). Bu, həm azərbaycanlıların, hətta amerikalıların ən çox sevdiyi avtomobil markasıdır.
İkinci sırada isə “Honda Civic” (2009-2011) yer alıb. Onların fikrincə, ehtiyat hissələri bizdə baha olsa da, tez dağılan bir maşın deyil. Alıb rahatlıqla sürmək olar.
Üçüncü sırada “Hyundai Elantra” (2011-2013) qərarlaşıb. Aparıcıların sözlərinə görə, bu avtomobilə hətta 15 min yox, 20 min də verməyə dəyər.
Digər sıralarda isə “Ford Fusion” (2013-2015), “Kia Rio, Hyundai Accent” (2010-2014) avtomobilləri yer alıb. Bu avtomobilləri heç bir problemi olmadan, rahat şəkildə sürmək olur. Aparıcılardan birinin fikrincə, “Ford Fusion” maşınını bizim ölkədə çox sevmirlər. Minimal məbləğə yaxşı avtomobil istəyənlər 1.5 mühərriklə bu maşını ala bilərlər.
Podkasta gələn şərhlərdə “Nissan Sunny” avtomobilini də həmin siyahıda görmək istəyiblər. “Mercedes” markalı avtomobili isə ilk sırada görmək istəyənlər də olub.
Verilişə 24 mindən çox bəyənmə, 1400-dən çox şərh gəlib (ölkə.az).
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












