20 avroluq elektromobilin təqdimatı oldu - VİDEO

Fransanın “Citroën” avtomobil şirkəti “Ami” modelinin kütləvi buraxılışını anons edib.
“Report” “Designboom”a istinadən xəbər verir ki, maşını ayda 20 avroluq lizinqlə əldə etmək mümkündür.
Məlumata görə, elektromobilin tam qiyməti 6 000 avrodur. Ancaq bununla belə, lizinqin rəsmiləşdirilməsi zamanı 2 644 avro ilkin ödəniş etmək lazımdır.
Maraqlıdır ki, “Ami”ni yalnız onlayn almaq mümkün olacaq. Elektromobil digər sifariş edilmiş məhsullar kimi qapıyadək çatdırılacaq.
“Ami”nin bir başqa xüsusiyyəti isə onun “yüngül kvadrosikl” olaraq qeydiyyata alınmasıdır. Bu o deməkdir ki, Fransada “Citroën”in bu modelini 14 yaşdan başlayaraq sürmək olar.
“Ami”nin batareyası ilə birgə 485 kq çəkisi var. Uzunluğu 2,4 metr, eni 1,4 metr, hündürlüyü isə 1,5 metrdir. “Citroën” saatda 45 km-dək sürət yığa bilir. Elektromobil tam batareyası ilə 70 km məsafə gedə bilər. “Ami” adi taxıc yuvasından 3 saata enerji toplaya bilər.
Fransada bu modelin sifarişi martın 30-dan başlayacaq. İki ay sonra “Ami”ni İspaniya, İtaliya, Belçika, Portuqaliya və Almaniya sakinləri də əldə edə biləcək.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












