20 Yanvar və "Şamaxinka"da sürücülər niyə cərimələnir? - BNA-dan cavab

Bakı Nəqliyyat Agentliyi 20 Yanvar və "Şamaxinka" ərazilərində sürücülərin cərimələnməsi xəbərinə aydınlıq gətirib. Bu barədə Bakı Nəqliyyat Agentliyindən Qaynarinfo-nun sorğusuna cavab olaraq bildirilib. "Bakı Nəqliyyat Agentliyi tərəfindən 20 Yanvar və "Şamaxinka" ərazilərində mütamadi olaraq sözügedən nəqliyyat vasitələrinin sürücülərinə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun inzibati tənbeh vermə haqqında qərarlar tərtib edilməklə yanaşı, bu istiqamətdə marifləndirici və proflaktiki tədbirlər də həyata keçirilir.
Təəssüf ki, nəqliyyat vasitələrinin, xüsusilə taksi minik avtomobillərinin, kiçiktutumlu avtobusların parklanma qaydalarını pozmaları, piyadaların yolu qadağan olunmuş hissələrdən keçməsi və nəqliyyat axınının yüksək olması səbəbindən bugün də tıxac və sıxlıq halları müşahidə edilməkdədir. Buna səbəb olan əsas amillərdən biri də, Rövşən Cəfərov küçəsindəki mövcud tuneldə yolun daralmasıdır ki, nəticədə dairədən Ziya Bünyadov prospekti istiqamətinə hərəkət edən nəqliyyat vasitələrinin hərəkətində ləngimələr yaranır. Ard-arda yığılan nəqliyyat vasitələri birbaşa dairədə tıxacın yaranmasına gətirib çıxarır. Qeyd edilən halların və 20 Yanvar dairəsindəki tıxac və sıxlığın aradan qaldırılması məqsədi ilə tərəfimizdən hazırda da araşdırmalar aparılmaqdadır ki, aparılan araşdırmaların nəticəsində müvafiq tədbirlər həyata keçiriləcək", - deyə agentliyin verdiyi məlumatda deyilir.
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları
Bakıya gətirilən bu maşınlarda ciddi problem üzə çıxdı - VİDEO
Çin avtomobilləri ilə bağlı xəbərdarlıq - Sonradan bu problemlər ortaya çıxır
Yaponiyalı istehsalçı mexaniki ötürmədən imtina etmir
Uşaq arabasını “Lamborghini” istehsal etsə, qiymət də belə olar










