2015-ci ilin avtomobili

İsveçrənin Cenevrə şəhərində keçirilən avtomobil şousunda Almaniyanın "Volksvagen" şirkətinə məxsus Passat modelli avtomobil 2015-ci ilin ən yaxşı avtomobili seçilib. Avtosfer.az anspress-ə istinadən məlumat verir ki, "Volksvagen" rəhbərliyi qələbə ilə əlaqədar mükafat əldə ediblər. İlin avtomobilini, ənənəyə uyğun olaraq bu dəfə də jurnalistlər səsvermə yolu ilə müəyyən ediblər. Səsvermə zamanı 22 Avropa ölkəsindən 58 jurnalist iştirak edib. "Volksvagen" Passat 340 bal ilə səsvermənin qalibi olub. Fransanın Sitoren C4 Kaktus modelli avtomobil 248 balla ikinci, Almaniyanın Mersedez-Benz C Klass modeli isə, 221 bal ilə 3-cü yerdə qərarlşaşıb. Yeni Passat prototipindən fərqli olaraq toqquşmaya qarşı müdafiə sistemi, fövqəladə halda sürücüyə dəstək proqramı və yandan əsən küləyə qarşı stabilləşdirici proqramlarla təchiz olunub. Avtomobilin qələbəsində də bu amillər əsas rol oynayıb.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












