Azərbaycanda 18 min manatdan çox aliment borcu olan ata həbs olundu

Azərbaycanda aliment borcunu ödəməyən daha bir ata həbs olunub.
Avtosfer.az Modern.az-a istinadla xəbər verir ki, 36 yaşlı Qəbələ rayon sakini Müşfiq Cəfərov (şərti adla) 18 min manatdan çox aliment ödənişini yerinə yetirmədiyi üçün barəsində cinayət işi açılıb.
Məlumata görə, o, 2012-ci ildə zərərçəkənlə rəsmi nikaha girib. 2013 və 2015-ci illərdə cütlüyün iki övladı olub. Lakin münasibətləri yaxşı olmadığı üçün 2017-ci ildə boşanıblar. Həmin vaxt əvvəlcə Yasamal rayon Məhkəməsi Müşfiq Cəfərova hər uşağa 136 manat olmaqla, ayda ümumi 272 manat ödəniş etməyi tapşırıb. 2024-cü ildə isə həmin məhkəmə hər uşaq üçün məbləği 235 manata artırıb. Bununla da Müşfiqin aylıq aliment ödənişi cəmi 470 manata qalxıb.
Amma o, qeyd olunan ödənişləri vaxtında və tam yerin yetirmədiyi üçün üç dəfə inzibati qaydada 10, 20 və 25 gün müddətinə həbs edilib. Sonradan ona məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilsə də, bu da əhəmiyyətsiz olub.
Nəticədə M. Cəfərov barəsində müvafiq maddə ilə cinayət işi açılıb. O, ifadəsində borcu tam verə bilməyəcəyini, lakin hissə-hissə ödəyəcəyini bildirib. Zərərçəkən qadın isə indiyədək vaxtlı-vaxtında və tam aliment ödənişləri ala bilmədiyi üçün övladlarını təkbaşına böyütdüyünü deyib. Onun sözlərinə görə, Müşfiq son dəfə 2021-ci ildə poçt vasitəsilə ona 257 manat pul göndərib.
Məhkəmənin qərarı ilə Müşfiq Cəfərov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












