İstanbulda sel fəlakətində ölənlərin sayı artdı

Türkiyənin İstanbul şəhərində davam edən güclü daşqınlar nəticəsində həyatını itirənlərin sayı altı nəfərə çatıb.
Avtosfer.az bu barədə İHA agentliyinə istinadən xəbər verir.
"İstanbulun Pendik rayonunda güclü leysan yağışlarının törətdiyi sel sularının avtomobili aparması nəticəsində itkin düşən iki nəfərdən birinin cəsədi tapılıb", - deyə bəyanatda bildirilir.
Məlumata görə, maşında olan üç nəfərdən biri avtomobilin şüşəsini sındıraraq ağac budağından tutmağı bacarıb və xilas olub. Digər iki nəfər isə güclü axına düşüb. Axtarış-xilasetmə tədbirləri zamanı onlardan birinin meyiti çıxarılıb, ikinci şəxsin axtarışları isə davam etdirilir. Həlak olan şəxsin kimliyi hələlik açıqlanmır.
Qeyd edək ki, oktyabrın 14-dən başlayan anomal leysan yağışları səbəbindən İstanbul son 83-84 ilin ən şiddətli sel fəlakəti ilə üz-üzə qalıb.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












