2023-cü ilin ilk rübündə ən çox elektromobil avtomobillər satan istehsalçılar - FOTO

Qlobal avtomobil satışlarında 2023-cü ilin ilk rübündə hansı istehsalçının nə qədər elektrikli avtomobil satdığı açıqlanıb. 2023-cü ilin birinci rübündə qlobal bazarda kim hökmranlıq edir? Gəlin birlikdə nəzər salaq.
Avtosfer.az xəbər verir ki, “Tesla”, “BYD” və “VW Group” bazarın ənənəvi üçlüsüdür. Ötən illə müqayisədə bu üç şirkət elektromobil avtomobillərin satışını artırıb. Bəs satış rəqəmləri nəyi göstərir? “Tesla”nın 2023-cü ilin ilk rübündə rekord qıraraq 422.875 ədəd elektromobil avtomobil satdığını görürük. Amerikalı avtomobil istehsalçısı 2022-ci illə müqayisədə satışlarını 36% artırıb.
Onun ardıyca Çin avtomobil istehsalçısı olan “BYD” gəlir. O, rəsmi olaraq 2023-cü ildə Şanxay avtomobil sərgisində şou göstərmişdi. “BYD” , elektrikli SUV, idman və kompakt modelləri ilə Avropa bazarında rəqabətcil olmaq üçün bu il İngiltərədə satışa başlayıb. “BYD” 2023-cü ilin birinci rübündə 264.647 avtomobil sataraq, “Tesla”dan sonra ən çox satılan ikinci avtomobil istehsalçısı oldu. Bundan əlavə, “BYD” ötən illə müqayisədə satışlarını 85% artırıb.
Qlobal bazarda ən çox elektrikli avtomobil satan üçüncü şirkət “VW Group”dur. Belə ki, “VW Group” 140 852 ədəd elektromobil avtomobil sataraq keçən illə müqayisədə satışını v43% artırıb. Volfsburqda yerləşən şirkət xüsusilə kompakt seqmentdə rəqabətə davamlı olmağa can atır. Ötən aylarda “ID.2All” konsepti ilə gündəmə gələn “VW” dünya bazarında ən çox satılan üçüncü avtomobil istehsalçısıdır.
Nərmin Əkbər
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
















