80 mininci Bentley Continental GT modeli buraxılıb - FOTO

Bentley şirkətinin Kryudakı zavodunun konveyer xəttindən Continental GT modelinin 80.000-ci nüsxəsi çıxıb.
Avtosfer.az autograph.az-a istinadən bildirir ki, Bentley şirkəti Continental GT ailəsinin tirajının 80.000 ədədə çatdığını elan edib. 18 illik istehsal tarixi ərzində model iki dəfə nəslini dəyişdirməyi bacarıb: 2018-ci ildən bu günə qədər Continental GT modelinin üçüncü nəsli istehsal olunur. 2003-cü ildə 6,0-litrlik W12 mühərriki və tam ötürmə ilə təchiz edilən kupe Volkswagen qrupu ilə birlikdə hazırlanmış ilk Bentley modeli olub. 80.000-ci Continental GT kupesi 4,0-litrlik V8 biturbo mühərriki ilə təchiz olunub və Orange Flame parlaq narıncı rənginə boyanıb.
Bentley şirkətindən 18 il ərzində mühəndislərin Continental GT modelinin tullantılarını 48% azaltmağa müvəffəq olduqlarını, istehsal gücünü isə 27% artırdıqlarını qeyd ediblər. Alıcılara modeli fərdiləşdirmək üçün 17 milyard rəng, tərtibat və döşəmə konfiqurasiyaları təklif olunur. Bentley şirkəti Kryudəki konveyer xəttindən çıxan ilk Continental GT modelinin hələ də istismarda olduğunu xatırladıb - avtomobil istehsalçıya məxsusdur.
Sükanı da yoxdur, sürücüsü də: ABŞ-də robot-taksilər dövrü başlayır
Maşınını həyətdə yuyanlar cərimə olunacaq?
Günəş avtomobilə hansı zərərləri vurur? - Usta AÇIQLADI
Avtomobil kreditləri bahalaşdı - Yeni rəsmi faiz dərəcələri
Radiosu olmayan elektrikli maşınlarla bağlı qanunvercilik dəyişəcək? - AÇIQLAMA
Avtomobili etibarnamə ilə idarə edənlərinə nəzərinə: Ləğv oluna bilər...
“Stellantis” Fransadakı mühərrik zavodunu bağlayır
"Ford" yarım milyondan çox avtomobilini geri çağırır – Yanğın riski var
Avtomobil kondisioneri adamı zəhərləyir? - USTADAN CAVAB - VİDEO
Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: YENİLİK GƏLİR
Avropada elektromobil satışları bu səbəbdən artdı













