“AA” seriyalı nömrəni axtarışda olan avtomobilə taxıb idarə edirmiş - 8 gün həbs edildi

Bakıda sürücünün başqa bir avtomobilə məxsus “AA” seriyalı dövlət nömrə nişanını öz maşınına taxaraq idarə etməsi məlum olub. Avtosfer.az xəbər verir ki, “qaynarinfo”nun məlumatına görə, buna görə 1979-cu ildə Ağdam şəhərində doğulmuş Elnur (şərti ad) adlı şəxs saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilib.
İşə məhkəmədə baxılıb. Məlum olub ki, Elnurun idarə etdiyi avtomobil axtarışda olub və Dövlət Yol Polisindən (DYP) yayınmaq üçün başqa bir avtomobilə məxsus “AA” seriyalı dövlət nömrə nişanını taxaraq idarə edib.
Həmçinin onun həmin avtomobili idarə etmək üçün səlahiyyətinin (etibarnamə və ya yol vərəqi) olmadığı üzə çıxıb.
Məhkəmənin qərarı ilə sürücü İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib və ona inzibati tənbeh olaraq 8 gün müddətində inzibati həbs təyin edilib.
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!












