ABŞ-da hərəkətdə olan elektromobilləri şarj edən yol sınaqdan keçirilir

ABŞ-ın İndiana ştatı magistral yolda naqilsiz şarj infrastrukturunun yaradılması üzərində işləyir.
Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, ştatın nəqliyyat departamenti və “Purdue” Universiteti bu istiqamətdə maqment adlandırılan maqnitləşdirilmiş sement hazırlayan Almaniyanın “Maqment” firması ilə əməkdaşlıq edir.
Məlumata görə, üç mərhələdən ibarət olan layihə çərçivəsində maqmentin hərəkətdə olan 200 kilovatdan artıq gücə malik avtomobilləri şarj etmə qabiliyyəti yoxlanılacaq. İlk iki mərhələdə “Purdue” xüsusi sementin yararlığını yoxlamaq üçün onun laboratoriya şəraitində sınaq, təhlil və optimallaşdırılması üzrə iş aparacaq. Sınaqları bu yayın sonuna başlamaq hədəflərin.
Qeyd edilir ki, uğur əldə olunacağı təqdirdə nəqliyyat departamenti 200 kilovat və daha yuxarı gücdə olan ağır yük avtomobilləri üçün naməlum yerdə real sınaqlar üçün 402 metr uzunluğunda maqnit maqistral hissə tikəcək. Daha sonra isə artıq ştatın ümumi istifadə yollarından birində bu cür hissə istifadəyə veriləcək.
Xatırladaq ki, Almaniyanın “IPT Prime” şirkəti, ABŞ-ın “Stenford” və “Kornelle” universitetləri, həmçinin Kaliforniya, İsveç və İsraildən olan digər qruplar da batareyaları şarj edən yollar yaratmağa çalışırlar.
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar










