ABŞ-da idxal tarifləri gözləntiləri fonunda avtomobil satışları artıb

ABŞ-da avtomobil idxalına tariflərin tətbiqi ilə bağlı gözləntilər fonunda “General Motors”, “Hyundai Motor”, “Toyota Motor” və “Honda Motor” şirkətlərinin satışları artıb.
Avtosfer.az xəbər verir ki, “General Motors” avtomobillərinin satışları yanvar-mart aylarında 17 faiz artaraq 693,4 min ədədə çatıb və bu, 2018-ci ildən bəri ilk rübün ən yaxşı göstəricisi hesab olunur. Şirkətin hər dörd brendi ikirəqəmli artım tempi nümayiş etdirib: “Chevrolet” modelinin satışlarında 14 faiz, “Cadillac” modelinin satışlarında 21 faiz, “Buick” modelinin satışlarında 39 faiz, GMC modelinin satışlarında isə 18 faiz artım qeydə alınıb.
2025-ci ilin ilk rübündə “Hyundai” avtomobillərinin satışları 10 faiz artaraq, yanvar-mart ayları üçün rekord göstəriciyə - 203,6 min ədədə çatıb. “Kia” şirkətinin rüblük satışları da 11 faiz artaraq 198 min 850 ədədə yüksəlib və birinci rübün rekordunu yeniləyib.
Yaponiyanın avtomobil istehsalçısı “Toyota” yanvar-mart aylarında ABŞ-dakı satışlarını bir faiz artırmağa müvəffəq olub. Şirkətin lüks markalı “Lexus” avtomobillərinin satışı isə 14 faiz artıb.
Qeyd edək ki, bu həftə Vaşinqton ABŞ-a idxal olunan avtomobillərə 25 faizlik rüsumların tətbiqinə başlayacaq.
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO












