ABŞ-da pikaplar ilk dəfə olaraq minik avtomobillərini üstələyiblər

Məşhur tam ölçülü Ford F-Seriya, Chevrolet Silverado və Ram 1500/2500/3500 pikapları illərdir ki, ABŞ avtomobil bazarının liderləri sırasındadırlar, lakin onlar satış həcminə görə adi minik avtomobillərindən geridə qalıblar. Son zamanlarda cərəyan edən pandemiya sayəsində bazarda ciddi dəyişiliklər baş verib. ABŞ-ın avtomobil bazarının tarixində ilk dəfə olaraq, Aprel ayında satışmış müxtəlif ölçülərdə olan pikapların ümumi sayı sərnişin seqmentinin əldə etdiyi nəticəni üstələyib.

Aprel ayında 186 min müştəri məhz pikaplara üstünlük verib, 169 min müştəri isə minik avtomobillərini seçib. Bununla birlikdə, ən populyar seqment krossoverlər və yolsuzluq avtomobilləri seqmenti olaraq qalır: 270 min avtomobil. Aprel ayında ABŞ-ın avtomobil bazarı 53% azalıb: cəmi 625 min yeni avtomobil satılıb. ABŞ bazarında oxşar nəticələr 30 il əvvəl qeydə alınmışdı. Beş il bundan əvvəl pikapların aylıq satışları, minik avtomobillərindən 500 min ədəd aşağı olub.

Bu vaxt bu bazar dəyişikliyinin qeyri-adi təsirləri özünü büruzə verir. Əksər zavodlarda istehsalın dayadırılması ucbatından dilerlərin pikap ehtiyatları tükənməyə başlayıb və anbarlardakı pikaplar bir neçə həftə ərzində bitə bilər. Buna baxmayaraq, FCA konserninin rəhbəri Mayk Manley, may ayında da pikapların ABŞ bazarında minik avtomobillərindən daha populyar olacağına inanır. Çox güman ki, yanacağın qiymətinin düşməsi də, pikapların satışlarının artmasına təsir edən amillərdən biri olub.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












