"Aeromobil"in satış tarixi məlum oldu

Slovakiya istehsalçılarının "Aeromobil" həlli həm avtomobil, həm də şəxsi təyyarə kimi tamamilə funksional olmalıdır. Avtosfer.az xəbər verir ki, uçan maşının son dəyəri hələ ki bilinmir, ancaq istehsalçılar bildirirlər ki, ilk vaxtlar 100 min avrodan aşağı olmayacaq. "Biz ikiölçülü məkandakı trafiki üçölçülü məkana keçirməyə ehtiyac duyuruq" – layihənin yaradıcısı Yuray Vasulik deyib. O əmindir ki, mövcud infrastrukturun çatışmazlıqlarına baxmayaraq, artıq yaxın illərdə uçan avtomobillər bizə adi gələcək. "Aeromobil"in yaradıcıları bildiriblər ki, Avropa Birliyi hakimiyyəti şirkətə yardım etməyə və yeni ixtiranın istehsalı və azad satışını lisenziyalaşdırmağa hazırdır. Belə avtomobilin uçuşu üçün 200 metr uzunluğunda zolaq kifayətdir.
"Aeromobil" uçan avtomobilində yanacaq qismində adi avtomobil benzinindən istifadə olunacaq. Avtomobil sürmə rejimində saatda 160 kilometrədək (km), uçuş rejimində 200 km-dək sürət yığır. Yerüstü rejimdə 100 kilometrə 8 litr, uçuş rejimində 15 litr benzin işlədir. Əsas çətinlik ondan ibarətdir ki, "Aeromobil" adlı uçan maşını sürmək üçün əksər ölkələrin qanunvericiliyinə görə pilota lisenziya tələb olunur.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












