Ağsu dolaylarına alternativ asma körpü və tünel inşa edilir - Sürücülərə ŞAD XƏBƏR

Ağsu çayı üzərində 1 135 metr uzunluqda və 76,5 metr hündürlükdə böyük asma körpünün inşası planlaşdırılıb. Bu barədə layihə rəhbəri Zahir Həsənov məlumat verib. O bildirib ki, ölkə üzrə ən uzun asma körpünün inşasına başlanması artıq Ağsu dolaylarında sürücülərin yaşadığı çətinlikləri geridə qoyacaq: "Sözügedən avtomobil yolu Bakı ilə İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarını birləşdirən ən qısa yol olacaq. Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan layihədə Muğanlı-İsmayıllı-Qəbələ yolu yenidənqurma nəticəsində 9,7 kilometr qısalaraq 76,8 kilometr təşkil edəcək. Mövcud ikizolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq. Tikinti sahəsi üzrə 1 tunel, 1 asma körpü olmaqla, 8 böyük və 5 kiçik körpü də layihələndirilib".
Layihə rəhbəri deyib ki, yolun 4,5-ci kilometrliyində, Ağsu çayı üzərində 1 135 metr uzunluqda və 76,5 metr hündürlükdə böyük asma körpünün inşası da planlaşdırılıb: "Yol Ağsu çayı üzərindəki körpüdən sonra uzunluğu 865 metr olan yeraltı tuneldən keçəcək. İsmayıllının Basqal kəndi yaxınlığında magistralı düzləndirmək hesabına bu yol 2,2 kilometr qısalır. Qeyd edək ki, tikinti işlərinə ötən ilin sonlarından başlanılıb. Hazırda layihənin bir çox seqmentləri üzrə quraşdırma işləri davam edir".
Qeyd edək ki, körpünün bu parametrlərdə layihəndirilməsinin əsas məqsədi mövcud Muğanlı-İsmayıllı avtomobil yolunda olan dolayların sayını minimuma endirmək və yolda baş verə biləcək sürüşmələrin qarşısını mümkün qədər azaltmaqdır./ Report
Sükanı da yoxdur, sürücüsü də: ABŞ-də robot-taksilər dövrü başlayır
Maşınını həyətdə yuyanlar cərimə olunacaq?
Günəş avtomobilə hansı zərərləri vurur? - Usta AÇIQLADI
Avtomobil kreditləri bahalaşdı - Yeni rəsmi faiz dərəcələri
Radiosu olmayan elektrikli maşınlarla bağlı qanunvercilik dəyişəcək? - AÇIQLAMA
Avtomobili etibarnamə ilə idarə edənlərinə nəzərinə: Ləğv oluna bilər...
“Stellantis” Fransadakı mühərrik zavodunu bağlayır
"Ford" yarım milyondan çox avtomobilini geri çağırır – Yanğın riski var
Avtomobil kondisioneri adamı zəhərləyir? - USTADAN CAVAB - VİDEO
Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: YENİLİK GƏLİR
Avropada elektromobil satışları bu səbəbdən artdı










