Aiways şirkəti təhlükəsiz batareya hazırlayıb

Çinin Aiways şirkəti dünyada ilk sendviç quruluşlu batareya blokunu təqdim edib. Patentləşdirilmiş konstruksiyanın əsas cəhəti radiator və hüceyrələrin arasında yerləşən izolyasiya lövhəsidir. Bu löhvə blokun ciddi deformasiyası zamanı belə, soyuducu mayenin sızmasının qarşısını alır və batareyanı daha etibarlı edir.
63 kilovat-saatlıq Aiways batareya bloku akkumulyator hüceyrələrindən, soyutma sisteminin radiatorundan və izolyasiya lövhəsindən ibarət çoxqatlı "sendviçdir". Bu lövhə əlavə istilik izolyasiyasını təmin edir və modulları soyuducu mayenin sızmasından qoruyur. Şirkətdən verilən məlumata görə, elektrokarların batareyalarının təhlükəsizliyi ilə bağlı hadisələrin 80 faizinin səbəbi soyuducu mayenin hüceyrələrin quru hissəsinə düşməsidir.

Batareyalar bloku, cərəyan səviyyəsini qiymətləndirən mürəkkəb alqoritmlərə əsaslanan quraşdırılmış nəzarət sistemi (SOC) tərəfindən idarə edilir. Özünü təkmilləşdirmə funksiyasına malik olan alqoritmlər real vaxt rejimində enerji sərfiyyatı haqqında məlumat verir və səmərəliliyin artırılması üçün müxtəlif variantlar təklif edir. Aparılmış testlər, belə batareya ilə təchiz edilmiş Aiways U5 krossoverinin sıfır dərəcə temperaturu olan hava şəraitində 300 kilometr məsafə qət etdiyini göstərib.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












