Almaniya 800 min elektrikli avtomobil ixrac edib

Almaniyanın 2023-cü ildə elektrikli avtomobil ixracatı illik müqayisədə 58% artaraq 786 min ədədə çatıb. Avtosfer.az "Ölkə.az"a istinadən xəbər verir ki, sözügedən ixracatın dəyəri 36 milyard avro olub.
Ötən il alman elektrik avtomobillərinin ən əhəmiyyətli alıcı ölkəsi 15,6% payla Niderland, ikinci yerdə 13,4%-lə Böyük Britaniya və üçüncü yürdə 12,4%-lə Belçika olub.
Ölkənin elektrikli avtomobil idxalı 2023-cü ildə 23,5% artaraq təxminən 446 min ədədə çatıb və bunun üçün 14,1 milyard avro ödənilib.
Almaniyada elektrikli avtomobillərin əksəriyyəti 2023-cü ildə Çindən gətirilib. Çinin payı 29% olduğu halda, bu ölkəni 9,9%-lə Cənubi Koreya və 9,3%-lə Çexiya izləyib.
Məlumatlar göstərir ki, Çinin Almaniyaya tamamilə elektrikli avtomobil idxalındakı payı keçən illə müqayisədə iki dəfədən çox artıb.
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!












