Amerika avtomobilinə 93 oktanlı benzin tökmək olarmı? - FOTO
Azərbaycanda son illərdə ABŞ istehsalı olan maşınlara maraq artıb. Marağın bir səbəbi də maşın alverçilərinin bu texnikanın 93 oktan benzinlə işlədiyini iddia etməsidir. Bəs bu iddia nə dərəcədə doğrudur?
Avtosfer.az-ın xəbərinə görə, ABŞ-da ölçü və çəki spesifikdir. Azərbaycandan fərqli olaraq ABŞ-da metrik sistem geniş tətbiq edilmir. Bu səbəbdən onların benzin standartları da fərqlidir. Lakin fizikada hər bir kəmiyyəti digər ölçü sisteminə konvertasiya etmək mümkündür.
Burada kimya ilə bağlı uzun-uzadı danışmaq olar, lakin uzunçuluğa ehtiyac yoxdur. Konkret olaraq ABŞ benzin markalarının bizim sistemə necə uyğun gəldiyini demək daha doğru olar.
ABŞ-da 87 oktanlı benzin “Regular” (adi), 89 oktan “Special” (xüsusi), 93 oktan isə Super (Super) adlanır. Onların bizim yanacaqla ekvivalentliyinə gəldikdə isə ABŞ-dakı 87, 89 və 93 oktanlı benzin bizdə müvafiq olaraq 92, 95 və 98 oktana uyğun gəlir.
Bir sözlə, istismat təlimatında və ya yanacaq çəninin üstündə 93 oktan yazılıbsa, deməli avtomobilə 98 oktan benzin tökülməlidir. o ki qaldı bizim 92 oktan benzinə, 2000-ci ildən etibarən böyük avtomobil istehsalçıları bu oktanlı yanacaqla işləyən mühıərrik istehsal etmirlər.
Vüqar
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR











