Artıq heç kim başqa rayona gedə bilməyəcək - Yeni postlar qurulur - VİDEO

Həftə sonu sərt karantin qaydalarını pozaraq torpaq yollardan istifadə edib rayonlara gedən sürücülər cərimə olunacaqlar. Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, həftə sonu iki gün Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron, İsmayıllı, Yevlax, Salyan və Kürdəmir rayonlarında hərəkət qadağan edildiyindən adı çəkilən şəhər və rayon sakinləri digər ərazilərə üz tutublar. Bu da paytaxta üç istiqamətdən giriş postlarında böyük sıxlığa səbəb olub.
Şöbə rəsi deyib ki, magistrallardan torpaq yollara girən sürücülər xüsusi texniki vasitələrin köməyi ilə aşkar ediləcək və inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar.
Qeyd edək ki, bu həftə ''icazə-e-gov.az'' portalından 260 min şəxs qeydiyyatdan keçib ki, onlardan da 70 min nəfərin ölkə ərazisi üzrə icazəsi olub. Müəyyən edilib ki, xüsusi karantin rejimi dövründə fəaliyyət göstərən təşkilat və müəssisələrin şəxsi avtomobilləri ilə hərəkətlərinə icazə verilmiş əməkdaşları onlara verilən bu imtiyazdan sui-istifadə edərək sərtləşdirilmiş rejim günlərindən öncə paytaxtı tərk edərək respublikanın müxtəlif regionlarına getməyə cəhd ediblər. Həmin şəxslərin müəyyən edilərək barələrində qanunauyğun müvafiq tədbirlər görülməsi üçün araşdırmalar aparılır.
Ötən həftə sonu qadağanın tətbiq edildiyi 9 inzibati ərazi üzrə 635 nəfər inzibati qaydada cərimə edilib. Ondan öncəki həftədə isə bu rəqəm 1483 nəfər olub. Kamran Əliyev onu da bildirib ki, növbəti həftələrdə sərtləşdirilmiş karantin tətbiq edilərsə rayonlara gedən torpaq yollarda da polis naryadları qurulacaq.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












