Audi e-tron GT modelinin rəsmi şəkilləri peyda olub - FOTO

Avtoxəbər 21 Fevral 2021 21:00 Oxunub 2782
Audi e-tron GT modelinin rəsmi şəkilləri peyda olub - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Alman markasının ilk elektrik sedanı olan Audi e-tron GT modelinin rəsmi fotosessiyası zamanı çəkilmiş şəkilləri internetdə peyda olub. 9 fevral tarixində keçirilməsi planlaşdırılan premyeradan əvvəl yeni elektrokarın həm eksteryeri, həm də interyeri açıqlanıb. Ümumiyyətlə, seriya e-tron GT modeli 2018-ci ildə təqdim edilmiş eyni adlı konsepti təkrarlayır, lakin sedan prototipdən detalları ilə fərqlənir.

İstehsalçı e-tron GT modelini "dördqapılı kupe" adlandırır, lakin bu model rəsmi olaraq Audi A7 Sportback forma faktorunu və ölçülərini xatırladan sedandır. Dizaynerlər seriya elektromobilində dəbdə olan LED optikanı da, maili kapotu da, habelə ön qanadlardakı bir cüt yükləmə nöqtələrini də saxlayıblar.

Avtosfer.az autograph.az-a istinadən bildirir ki, 2018-ci ilin e-tron GT konsepti ilə "kütləvi" elektrik sedanı arasındakı vizual fərqləri cizgilərdədir: bamperlər daha sadədir, diffuzor dəyişdirilib, ənənəvi qapı tutacaqları və daha funksional arxa güzgülər quraşdırılıb. Disklərin naxışı da dəyişib, hərçənd istiqmətləndirilmiş naxışları olan "aerodinamik" təkər disklərini sadə adlandırmaq olmaz.

Salondakı hava kanallarının yerləşmə arxitekturası, ekranların ölçüsü və forması, habelə mərkəzi tunelin dizaynı qorunub saxlanılsa da, konseptdən daha çox fərq var. Amma sükan çarxı, tərtibat materialları, klimat-kontrolun idarəetmə bloku və qapı kartları dəyişib. Qeyd etmək gərəkdir ki, e-tron GT sedanının daxili hissəsi e-tron/e-tron Sportback krossoverlərindən çox fərqlidir.

"Adi" Audi e-tron GT modelinin texniki xüsusiyyətləri gizli saxlanılır. Bütün elektrik sedanları PPE platformasını Porsche Taycan modeli ilə bölüşəcəkdir, yəni Audi ssedanı həm 800 voltluq elektrik sistemini, həm də güc strukturuna inteqrasiya edilmiş dartma batareyasını alacağı məlumdur. Bununla birlikdə, e-tron GT modeli Taycan sedanını təkrarlamayacaqdır: elektrokarlar güc qurğuları və yürüş ehtiyatı ilə fərqlənəcəkdirlər.

Audi e-tron GT elektromobilinin dünyavi təqdimatı gələn çərşənbə axşamı, 9 fevral tarixində baş tutacaqdır. Avropadakı satışlar, ehtimal ki, ilin birinci yarısının sonuna qədər başlanacaqdır, çünki artıq keçən ilin dekabrında modelin istehsalına start verilib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh