Avropa limanları “avtomobil dayanacağına” çevrilib

Avropa İttifaqı ölkələrinin iri limanları Çindən elektromobil idxalının artması və avtomobillərə tələbatın azalması səbəbindən nəhəng “dayanacaqlara” çevrilib.
Distribütorlar limanları daha çox anbar kimi istifadə edirlər. Buna yük maşını sürücülərinin çatışmazlığı da daxil olmaqla, bir sıra logistik problemlər səbəb olur.
Mütəxəssislərin fikrincə, avtomobil son istehlakçıya satılana qədər 18 ayadək dayanacaqda qala bilər ki, bu da “əsl xaosa” gətirib çıxarır. Almaniya hökuməti 2023-cü ilin dekabrında elektromobil alınmasına subsidiyanı dayandırdıqdan sonra nəqliyyat vasitələrinin dayanacaq müddəti xeyli artıb.
Qeyd edək ki, Avropanın avtomobil bazarı 2023-cü ildə Çindən nəqliyyat vasitələri tədarükünün illik 58 faiz artması ilə əhəmiyyətli dərəcədə dəyişib. 2024-cü ilin ilk iki ayında Çində istehsal edilən elektrik və hibrid avtomobilləri üçün əsas ixrac istiqamətləri Belçika, Böyük Britaniya, Almaniya və Niderland olub.
AZƏRTAC
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!












