Avropada adambaşına düşən ən çox avtomobil bu ölkədədir - SİYAHI

Avropada adambaşına avtomobil sayı ölkələrə, hətta şəhərlərə görə dəyişir. İttifaq ölkələrində avtomobil çox olsa da, bu vasitə heç də hamı üçün əlçatan deyil. Bəs hansı ölkənin vətəndaşı avtomobili daha asan əldə edə bilir?
Avtosfer.az xəbər verir ki, İttifaqda adambaşına ən çox avtomobil Lüksemburqdadır. Həyat səviyyəsinə görə hətta avropalıların da qibtə etdiyi bu kiçik hersoqluqda hər min nəfərə 681 avtomobil düşür. Başqa sözlə, hər orta səviyyədə yaşayan lüksemburqlu təzə avtomobil ala bilər. Burada avtomobil sayının çoxluğu həm də xarici şirkətlərin sayının çoxluğu ilə izah edilməlidir.
Bir maraqlı məqama da diqqət edək: yaşı 18-i ötmüş vətəndaşların çoxunun şəxsi avtomobili və ya motosikli olduğu ölkədə ictimai nəqliyyatın bütün növləri 2020-ci ildən bərim pulsuzdur. Üstəgəl, kənd yerlərində də keyfiyyətli ictimai nəqliyyat təmin edilib.
|
1 |
Lüksemburq |
681 |
|
2 |
İtaliya |
663 |
|
3 |
Kipr |
645 |
|
4 |
Polşa |
642 |
|
4 |
Finlandiya |
642 |
|
6 |
Estoniya |
598 |
|
7 |
Malta |
597 |
|
8 |
Almaniya |
574 |
|
9 |
Avstriya |
562 |
|
10 |
Sloveniya |
556 |
|
11 |
Çex Respublikası |
554 |
|
12 |
Litva |
536 |
|
13 |
Portuqaliya |
530 |
|
14 |
İspaniya |
519 |
|
15 |
Belçika |
511 |
|
16 |
Yunanıstan |
504 |
|
17 |
Niderland |
499 |
|
18 |
Fransa |
482 |
|
19 |
İsveç |
473 |
|
19 |
Britaniya |
473 |
|
21 |
Danimarka |
455 |
|
22 |
İrlandiya |
454 |
|
23 |
Slovakiya |
439 |
|
24 |
Xorvatiya |
425 |
|
25 |
Bolqarıstan |
407 |
|
26 |
Macarıstan |
390 |
|
27 |
Latviya |
381 |
|
28 |
Rumıniya |
357 |
|
29 |
Şimali Makdeoniya |
205 |
İkinci yerdə gələn İtaliyada isə avtomobil çoxluğu 2 amillə bağlıdır. Birinci - ənənə, ikinci – ölkənin əksər hissəsində ictimai nəqliyyat infrastrukturunun pis olması.
Qayıdaq Lüksemburqa. Ərazisi 2586 kvadrat km (Naxçıvan MR-in yarısı) olan ölkədə bütün kateqoriyalardan 520 minədək avtomobil var.
Hörmətli oxucu. Bu qədər avtomobili Naxçıvana sığışdırmaq mümkün olarmı? Həm də nəzərə alaq ki, Naxçıvan MR-dən fərqli olaraq Lüksemburq hersoqluğu blokada şəraitində deyil və bura hər gün kənardan on minlərlə nəqliyyat vasitəsi daxil olur. Lakin nədənsə kilometrlik tıxaclara və çoxsaylı insan tələfatı ilə nəticələnən qəzalara rast gəlinmir. Sizcə səbəb nədir?
Vüqar Yaşaroğlu
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO












