Avtobusda qadını uşaqlarının yanında döydülər - Bakıda - VİDEO

İctimai nəqliyyatda dilənən əliuşaqlı qadınla avtobus sərnişinlərdən birinin sözü çəp gəlib. Nəticədə qadın döyülüb. Onun köməyinə isə yoldan keçənlər çatıb. Avtosfer.az-ın ANS-ə istinadən məlumatına görə, 23 yaşlı Fatma Əsədovanın gündəlik işi əsasən iki azyaşlı övladı ilə ictimai nəqliyyatlarda dilənməkdir. Hətta çox vaxt xətt marşrut nömrəsini, getdiyi istiqaməti belə bilmədən sərnişin avtobuslarına minən gənc ana maddi qazancını da bu nəqliyyat vasitələrində axtarır.
Bu gün onun başına gələn isə bəlkə də köməksizliyindən olub. Özünün dediyinə görə, Xırdalan şəhəri istiqamətində hərəkət edən və hətta xətt marşrut nömrəsini də tam olaraq xatırlamadığı avtobusa da, dilənmək üçün minibmiş. Ancaq bir sərnişinin ona sataşması əhvalını pozub. Sərnişinlə aralarında yaranmış qısa mübahisə zamanı həmin kişi sərnişin onu döyüb.
Zərərçəkmiş Fatma Əsədova hadisənin necə baş verdiyi danışdı: “Uşaq ağlayırdı. Sərnişinlərdən biri yanındakına dedi ki, sən onun atasısan, bu balaca sənin uşaqlığını xatırladır. Ona öz iradımı bildirdim. Dedim ki, sənin anan, bacın yoxdur. Bundan sonra məni döyməyə başladı”.
Uşaqlı qadına əl qaldıran həmin şəxs sonradan ərazidən uzaqlaşıb. Maraqlıdır ki, ictimai nəqliyyatda bu hadisəyə əngəl olan tapılmayıb. Bu isə istənilən dilənən qadının eyni vəziyyətlə qarşılaşacağında ətrafdan kömək gözləməməsi qənaətinə gəlir. Halbu ki, ictimai qınaq deyilən bir şey var.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












