Avtomobil almaq istəyənlər diqqətli olsun! - Yeni fırıldaqçılar peyda oldu - VİDEO

Dələduzlar insanları aldatmaq üçün yeni bir üsula əl atıblar. Bəzi dələduzlar başqasının avtomobilini öz avtomobili kimi təqdim edərək ucuz qiymətə satışa çıxarırlar. Avtomobilə baxmaq üçün isə öncədən alıcılardan beh adı ilə pul alırlar. Pulu aldıqdan sonra isə yoxa çıxırlar. Son günlər bu dələduzların sayı o qədər artıb ki, elan saytların da demək olar ki, iki maşını kəskin qiymət fərqi ilə tapmaq mümkündür.
Eyni avtomobilin bir elanda qiyməti 14 min 900, digərində isə cəmi 3500 manatdır.
Başqa bir elanda yenə 2009-cu ilin avtomobili 1500 manata satılır. Halbuki avtomobilin faktiki bazar qiyməti bundan bir neçə dəfə bahadır.
Son zamanlar bəzi dələduzlar başqalarının avtomobillərinin şəkillərini paylaşmaqla pul qazanırlar. Adətən bu elanlarda olan maşınlar bazar qiymətindən qat-qat ucuz olur və təcili satıldığı qeyd edilir.
Elanı görənlər isə ucuz avtomobil üçün zəng etdikdə avtomobilin dırnaqarası sahibi onlardan beh istəyir. Pulu aldıqdan sonra isə yoxa çıxırlar. Belə hadisələrdən biri də Fərid Piriyevin başına gəlib. O deyir ki, tanımadığı adam ona zəng edərək avtomobilinin elan saytlarının birində 10 min 800 manata satışa qoyulduğunu deyib.
Fərid Piriyev deyir ki, bir müddət müxtəlif elan saytlarında onun avtomobilini kimsə ucuz qiymətə satışa qoyduğunu görüb. Sonradan öyrənə bilib ki, əslində bir qrup şəxs onun kimi bir neçə adamın maşınlarının şəkillərini paylaşaraq insanlardan beh alır.
Artıq şikayətçilərin bəziləri məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət ediblər.
Mütəxəssislər isə deyirlər ki, avtomobilin dəyərindən qat-qat ucuz təklif edilməsi əslində alıcıda dələduzluq faktına dair şübhələr yaratmalıdır. Bu hallarla qarşılaşanlar diqqətli olmalıdırlar...
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












