Avtomobil idxalında yeni güzəştlər tətbiq ediləcək - RƏSMİ AÇIQLAMA

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sərhəddə ticarət altqrupunun hibrid və elektrik mühərrikli avtomobillərin istifadəsinin stimullaşdırılmasına dair 2022-ci ilin yol xəritəsi qəbul edilib.
Bu barədə Oxu.Az-a açıqlamasında Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəis müavini Əsgər Məmmədov məlumat verib.
O bildirib ki, həmin altqrup üzrə mövzular 4 qrupda formalaşdırıb, sənəd bu yaxınlarda təsdiq olunub və öz işinə başlayıb:
“Sənəddə ekoloji və hibrid avtomobillərin Azərbaycana idxalının və istifadəsinin stimullaşdırılmasının statistik təhlili ilə bağlı görüləcək işlər əks olunub. Eləcə də ekoloji təmiz nəqliyyat vasitələrinin istifadəsinin stimullaşdırılması və təşviqi ilə bağlı təkliflərin hazırlanması da nəzərdə tutulub. Burada ekoloji avtomobillərdən başqa ekoloji cəhətdən zərərli sayılan, köhnəlmiş nəqliyyat vasitələrinin idxalınının və istifadəsinin məhdudlaşdırılması, habelə ekoloji təmiz və təhlükəsizlik xüsusiyyətləri yüksək olan nəqliyyat vasitələrinin idxalının, ölkə ərazisində alqı-satqısının və s. formada dövriyyəsinin stimullaşdırıması məqsədilə aksiz dərəcələrinin mərhələli şəkildə adekvat olaraq dəyişdirilməsi nəzərdə tutulur.
Burada xüsusilə aksiz dərəcəsinin azaldılması və ya artırılması nəzərdə tutulmur, adekvat olaraq aksiz dərəcələrinin həm artırılması, həm də azaldılması nəzərdə tutulub. Bu cəhətdən avtomobil idxalında yeni güzəştlər və məhdudiyyətlər olacaq. Buna qədər görülən işin davamı da var”.
O bildirib ki, həmçinin elektrik və hibrid mühərrikli avtomobillərin istifadəsinin genişəndirilməsi üçün maliyyə əlçatanlığı nəzərdə tutulub:
“Bu il ərzində nəzərdə tutulan məsələlərə dair ciddi təkliflər hazırlayıb hökumətə təqdim edəcəyik”.
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI












