Avtomobil istehsalında xeyli azalma - AZƏRBAYCANDA

Cari ilin yanvar-fevral aylarında Azərbaycanda 38 minik avtomobili istehsal olunub ki, bu da 2014-cü ilin analoji dövründə qeydə alınan göstəricidən 74,1 faiz azdır. Avtosfer.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin 2015-ci ilin ilk 2 ayının yekunu üzrə hesabatında bildirilir. Hesabatda qeyd olunur ki, yanvar-fevral aylarında respublikada 77 yük maşını istehsal olunub. Bu, ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 15,4 faiz azdır. Bundan başqa, hesabat dövründə ölkədə 186 traktor istehsal edilib ki, bu da 2014-cü ilin müvafiq dövründə qeydə alınan göstəricidən 14,3 faiz azdır.
Qeyd edək ki, Azərbaycanda avtomobil nəqliyyatı vasitələrinin istehsalı üzrə Naxçıvan və Gəncə avtomobil zavodları fəaliyyət göstərirlər.
Fidan
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












