Avtomobil texnikalarına texniki baxış keçirilib - FOTO

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) birləşmə və hissələrində olan minik, yüngül tipli maşınlara və sərnişindaşıyan avtobuslara baxış keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, baxış zamanı avtomobillərin texniki vəziyyəti, hərəkət təhlükəsizliyini təmin edən idarəetmə sistemlərinin sazlığı və komplektliyi yoxlanılıb.
Avtomobil texnikalarında qovşaq və mexanizmlərin sazlığı, yeriyən hissələrin, həmçinin avtomobillərin konstruksiyasında olan digər hissələrin saz vəziyyətdə saxlanılmasına və texniki qulluğun göstərilməsinə xüsusi diqqət yetirilib.
Ən yaxşı nəticəni göstərən hərbi hissələr baxışın sonunda mükafatlandırılıb.
Qeyd edək ki, texnikada yaranan nasazlığın aradan qaldırılması, ona texniki qulluğun lazımi qaydada göstərilməsi yüksək təcrübə və bilik tələb edir.
Ordumuzun birləşmə və hissələri arasında keçirilən texniki baxışlar şəxsi heyətin bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsi, döyüş və texniki hazırlığının yüksək səviyyədə saxlanılması istiqamətində mühüm rol oynayır.



Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!












