Avtomobilə metal karter qoruyucu taxmaq ÖLÜM TƏHLÜKƏSİ YARADIR – ARAŞDIRMA - FOTO

Mühərrikin karterinin pis yollarda zədələnməsi tez-tez şahid oluğumuz hadisələrdən biridir. Bu problemin həll edilməsi zamanı çəkilən əziyyət bir çox avtomobil sahibini narahat edir.
Avtosfer.az xəbər verir ki, avtomobil sahibləri mühərrikin alt hissəsinin zədələnməməsini istəyir. Məhz buna görə də karter qoruyucuları istifadə edilir.
Karter qoruyucu nədir?
Karter qoruyucu mühərriki zədələnmədən qorumaq üçün tətbiq edilən komponentdir. Bu qoruyucu mühərrikin alt hissəsinin sıyrılmasını, zədələnməsini, bəzi hallarda isə yerə yağ tökülməsinin qarşısını almaqda mühüm rol oynayır. Ancaq bəzi avtomobillərdə bu qoruyucu standart olaraq mövcud deyil.
Dəmir qoruyucular nə üçün təhlükəlidir?

Keçmişdə karter qoruyucularının istehsalında polad lövhədən istifadə olunurdu. Ancaq bu material qəza zamanı ciddi risk təşkili edir. Zərbə zamanı mühərrik qoparaq yerə düşmək üçün dizayn olunub. Bunun məqsədi mühərrikin salona girməsinin qarşısını almaqdır.
Ancaq dəmir qoruyucu quraşdırıldıqda, mühərrikin yerə düşməsi çətinləşir. Bu da mühərrikin salona daxil olma riskini artırır və avtomobildəkilər üçün ciddi təhlükə yaradır. Buna görə də son illərdə metal karter qoruyucularının istifadəsi tövsiyə olunmur.
Lakin bir məqama da diqqət yetirmək lazımdır. Yolsuzluq avtomobilləri üçün metal qoruyucu ən səmərəli vasitədir. Avropada isə adi avtomobillərdə mühərriki və ötürmələr qutusunu bütövlükdə örtən plastik qoruyucular tətbiq edilir. Burada məqsəd başlıca olaraq aerodinamik müqaviməti azaltmaqdır. Bu da son nəticədə yanacaq sərfiyyatının azalması ilə nəticələnir.
Eltac Zülfüqaroğlu
“Suzuki” Pakistanda istehsal edilmiş avtomobilləri ixrac edir – TARİXDƏ İLK
Bu tarixdən maşınlar 3-5 faiz bahalaşa bilər - AÇIQLAMA
Təkər partladı, disk bu formanı aldı
Yanacağa qənaət etmək istəyən sürücülərə XƏBƏRDARLIQ: Avtomobil zərər görə bilər
Çin şirkətləri avtomobil istehsalını xaricə köçürür – SƏBƏB
Avtomobillər bahalaşacaq - Payız üçün proqnoz
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır










