Avtomobillər bahalaşacaq - Ekspert səbəbi AÇIQLADI

ABŞ Prezidenti Donald Trampın dünya ölkələri üçün tətbiq etdiyi rüsum tariflərinin avtomobil qiymətlərinə də təsir edəcəyi proqnozlaşdırılır.
Bəs həqiqətən avtomobillərin qiymətində artım gözlənilirmi?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadi ekspert Rəşad Həsənov bildirdi ki, son dövrlərdə baş verənlər, ticarət müharibəsi, o cümlədən ABŞ administrasiyasının qəbul etdiyi qərarların dünya iqtisadiyyatında müxtəlif fəsadlar yaradacağı gözlənilir. Onun fikrincə, bunun nəticəsində qiymətlərin yüksəlməsi, alıcılıq gücünün aşağı düşməsi, işsizliyin artması kimi bir çox istiqamətlərdə fəsadlar yaradacaq:
”Əsas məsələlərdən biri də istehsal olunan mal və xidmətlərin maya dəyərinin artmasıdır, çünki faktiki olaraq dünyada elə bir məhsul yoxdur ki, xüsusilə avtomobildən danışırıqsa, mürəkkəb istehsal prosesi olan bir çox komponenləri özündə birləşdirən məhsulların hissələri bir çox ölkədə istehsal olunur. Bu baxımdan avtomobil sənayesi demək olar ki, bu istiqamətdə ən çox şəbəkələşmiş sənayedir. Qarşılıqlı rüsmların artırılması siyasəti avtomobilin maya dəyərinin artmasına səbəb olacaqdır, amma bu iqtisadiyyatdan - iqtisadiyyata fərqlənəcəkdir. Hazırda ABŞ-dən alınan avtomobillərin qiyməti daha çox bahalaşa bilər. Təəsüf ki, ABŞ-də istehsal olunan avtomobillərin çoxu artıq daha ucuz əmək qüvvəsi olan ölkələrdə - Meksika, Brazilya, xüsusilə Çin kimi ölkələrdə istehsal olunur. Mövcud rüsm siyasəti, faktiki olaraq hissələrin baha qiymətə ABŞ-yə gəlməsi, ABŞ-də istehsal olunan avtomobillərin maya dəyərinin dəfələrlə artmasına səbəb olacaqdır. Buna görə də, əsas artımı ABŞ-də idxal olunan avtomobillərdə görəcəyik. Eyni zamanda Avropa ölkələrində istehsal olunan avtombillərin bahalaşması ikinci sırada dayanır. Çində belə istehsal olunan avtomobillər bahalaşa bilər”.
Ekspertin sözlərinə görə, digər tərəfdən də nəzərə almaq lazımdır ki, bu qiymətlər bazarda formalaşır.
"Əgər digər avtomobillər baha olacaqsa, hətta ən ucuz qiymətə istehsal olunan avtomobili yuxarı qiymətə satmağa şərait yaranır. Bu siyasətlər davam etdikcə bütün növ mal və xidmətlər bahalaşacaqdır və bu, dünyanın məhdud resurslarının fonunda baş verəcək”, - deyə Rəşad Həsənov qeyd etdi.
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar
“BMW” bu modelləri geri çağırır - Yanğın təhlükəsi var
2025-ci ilin ən böyük avtomobil istehsalçıları: "Toyota" liderdir
Çinin avtomobil sənayesi qlobal iqtisadiyyata təzyiq edir
Avtomobilin uzun müddət hərəkətsiz qalmasından yaranan problemlər
Çin avtomobilləri öz sahiblərini "girov götürür" - VİDEO











