Avtomobillərin icbari sığortasının zərərliliyi 16%-ə yaxın artıb

2025-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanda avtomobillərin icbari sığortası (NVSMMİS) üzrə yığımlar 25 mln. 70 min manat təşkil edib.
Avtosfer.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.4% və ya 577 min manat çoxdur. Belə ki, 2024-cü ilin yanvar-fevral aylarında 24 milyon 493 min manat sığorta haqqı toplanılmışdı.
Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi 19 mln. 830 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 18.4% və ya 3 mln. 80 min manat çoxdur. Ötən ilin ilk 2 ayında bu sığorta növü üzrə ödənişlərin həcmi 16 mln. 750 min manat olub.
Sığorta yığımlarına nisbətən ödənişlərin daha çox artması son bir ildə NVSMMİS üzrə zərərliliyi 15.6% artırıb. Belə ki, 2024-cü ilin yanvar-fevral aylarında sığorta şirkətləri bu sığorta üzrə topladıqları hər 100 manatdan 68.4 manatını ödənişə yönəltmişdirsə, cari ilin ilk 2 ayında bu rəqəm 79.1 manata yüksəlib.
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












