Avtomobillərin icbari sığortasının zərərliliyi 20%-dən çox artdı

2024-cü il ərzində Azərbaycanda avtomobillərin icbari sığortası (NVSMMİS) üzrə yığımlar 12 mln. 803 min manat təşkil edib.
Avtosfer.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.8% və ya 473 min manat çoxdur. Belə ki, 2024-cü ilin yanvar ayında12 mln. 330 min manat sığorta haqqı toplanılmışdı.
Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi 9 mln. 478 min manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19.4% və ya 1 mln. 537 min manat çoxdur. 2024-cü ilin yanvar ayında bu sığorta növü üzrə ödənişlərin həcmi 7 mln. 941 min manat olub.
Sığorta ödənişlərinin artması son bir ildə NVSMMİS üzrə zərərliliyini 20.5% artırıb. Belə ki, 2024-cü ilin yanvar ayında sığorta şirkətləri bu sığorta üzrə topladıqları hər 100 manatdan 61.4 manatını ödənişə yönəltmişdirsə, cari ilin yanvar ayında bu rəqəm 74 manata yüksəlib.
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












