Avtomobillərin icbari sığortasının zərərliliyi artıb

2024-cü il ərzində Azərbaycanda avtomobillərin icbari sığortası (NVS/MMİS) üzrə yığımlar 167 mln. 711 min manat təşkil edib.
Avtosfer.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.9% və ya 3 mln. 219 min manat azdır.
Belə ki, 2023-cü ildə 170 mln. 930 min manat sığorta haqqı toplanılmışdı.
Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi 129 mln. 997 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 32.8% və ya 32 mln. manat çoxdur. 2023-cü ildə bu sığorta növü üzrə ödənişlərin həcmi 97 mln. 909 min manat olub.
Sığorta yığımlarının azalması, ödənişlərin isə artması son bir ildə NVS/MMİS üzrə zərərliliyi 35.3% artırıb.
Belə ki, 2023-ci ildə sığorta şirkətləri bu sığorta üzrə topladıqları hər 100 manatdan 57.3 manatını ödənişə yönəltmişdirsə, ötən il bu rəqəm 77.5 manata yüksəlib.
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












