Avtomobillərin utilizasiyasına hazırlıq nə yerdədir? - VİDEO

Azərbaycanın avtomobil parkının təxminən 40 faizini köhnə nəqliyyat vasitələri təşkil edir.
Avtosfer.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, köhnə avtomobillərlə bağlı problemləri aradan qaldırmaq üçün onların utilizasiyası nəzərdə tutulub.
Mövzu ilə bağlı danışan nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, həmin avtomobillərin təkrar emalı üçün yeni istehsalat sahəsinin formalaşmasına da ehtiyac var.
Hazırda avtomobil parkında yaşı 10-dan az olan maşınların sayı 20 faiz civarındadır.
Ekspert qeyd edib ki, ictimai nəqliyyatda mobilliyin istənilən səviyyədə olmaması da minik avtomobillərinin idxalını artıran səbəblərdən biridir.
“Təmiz şəhər” ASC-dən isə bildirilib k, artıq "Nəqliyyat vasitələrinin utilizasiyası fondu" yaradılıb və utilizasiya haqlarının toplanılmasına başlanıb.
Qanunvericiliyin digər aidiyyəti müddəaları isə sentyabrın 1-də qüvvəyə minəcək. Hazırda prosesin elektronlaşdırılması və utilizatorların qeydiyyatı ilə bağlı işlər davam etdirilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!
"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın
Elektromobillərin daha bir mənfi tərəfi üzə çıxdı
Avtomobilin sobası niyə yaxşı qızdırmır? - 5 əsas SƏBƏB
Böyük dövrlü mühərrik elektromobil üçün üstünlükdürmü?












