Avtomobillərin yarıya qədərinin yaşı 20-dən çoxdur - RƏSMİ

Ölkəmizdə qeydə alınan nəqliyyat vasitələrinin 45 faizdən çoxunun istehsal ili 20 il və daha çoxdur. Bu da sözsüz ki, yol nəqliyyat hadisələri zamanı onların ağırlıq dərəcəsinə bilavasitə təsir edir.
Bunu Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Mübariz Ağayev nəqliyyat vasitələrinin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran məsələlərlə bağlı keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə görə, ötən il ölkəmizdə 1 774 077 nəqliyyat vasitəsi qeydə alınıb:
"Onlardan istehsal ili 10 ilə qədər olanların sayı 15 faiz təşkil edir, yəni 266 878-ə bərabərdir.
İstehsal ili 10 ildən 20 ilə qədər olanların sayı 707 673-dür ki, bu da 39,3 faiz təşkil edir.
İstehsal ili 20 ildən yuxarı olanların sayı 799 526-ya bərabərdir. Yəni, respublika üzrə avtomobil parkında nəqliyyat vasitələrinin 45,1 faizinin yaşı 20 ildən yuxarıdır.
Hazırda ölkəmizdə hibrid avtomobillərinin sayı 42 461, elektrik mühərrikli avtomobillərin sayı isə 3 138-dir. Onların sayında kifayət qədər artım var".
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!
"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın
Elektromobillərin daha bir mənfi tərəfi üzə çıxdı
Avtomobilin sobası niyə yaxşı qızdırmır? - 5 əsas SƏBƏB
Böyük dövrlü mühərrik elektromobil üçün üstünlükdürmü?












