Avtomobillərlə bağlı aksizlərin dəyişdirilməsinə AYDINLIQ GƏTİRİLDİ

“Bu gün Azərbaycanda tütün və alkoqol üçün nəzərdə tutulan rüsumlar dünya ilə müqayisədə aşağıdır”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, rüsumların artırıldığı digər istiqamət əcnəbilər üçün oturum sənədlərinin verilməsi, xarici pasportların verilməsi sahəsindədir:
“Elə rüsumlar var ki, 2007-ci ildən bu yana onlara baxılmayıb. Hesab edirəm ki, vaxtaşırı buna baxılmalıdır. 2018-ci ildə 28876 maşın idxal olunubsa, 2020-ci ildə 53 mindən çox maşın idxal olunub. 2021-ci ilin 9 ayı ərzində 63 min maşın idxal olunub. Bunun 60 mini minik avtomobilləridir. Yəni maşınların idxalında hər hansı azalma yoxdur. Bunların köhnə və ya təzə maşınlar olması müzakirə mövzusudur. Buna görə də Vergi Məcəlləsinə dəyişikliklər nəzərdə tutulub. “Dövlət rüsumu haqqında” qanunda və Vergi Məcəlləsində edilən dəyişikliklər büdcə zərfinə daxil olan qanunlardır.
Vergi Məcəlləsində növbəti il üçün təklif edilən güzəştlər dövlət büdcəsində vergi daxilolmalarını 50 milyon manat məbləğində azaldacaq. Rüsumlardan dövlət büdcəsinə daxilolmalar artırsa, digər istiqamətdə azalmalar olur”.
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500 manatdan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO











