“AvtoVAZ” yarış üçün “Lada Iskra”nı TƏQDİM EDƏCƏK - FOTO

“AvtoVAZ” bu ilin yazında “Lada İskra”nın yarış versiyasının istehsalına və satışına başlanmasını planlaşdırır.
Avtosfer.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

“İdman tipli “Lada Iskra” “Lada Sport Rosneft” zavod komandasının yeni layihəsidir və buz yarışlarında iştirak üçün xüsusi hazırlanmış avtomobildir”, - zavodun açıqlamasında deyilir.
Bildirilir ki, avtomobilin kuzovu yüngüldür və təhlükəsizlik çərçivəsi ilə təchiz olunub. Asma sistemində xüsusi amortizatorlardan və sərt yaylardan istifadə edilib.
Mühərrikin tutumu 1,6 litrdən 1,8 litrə, gücü isə 173 at gücünə qədər artırılıb.

Sürət qutusunda ardıcıl sürət dəyişdirmə mexanizmindən istifadə edilib.
Avtomobildə həmçinin arxa əyləclər və “Lada Vesta”dan götürülmüş çoxfunksiyalı elektron idarəetmə paneli var. Model ilk dəfə yanvarın 25-də “27-ci Çempionlar Yarışı” çərçivəsində təqdim olunacaq.
Bundan əlavə istehsalçı, mülki “Lada Iskra” sedan, “universal” və “Cross universal” kuzov tiplərini də təklif edəcək.
Yeni model üç növ güc bloku ilə təqdim olunacaq: 90 at güclü 1,6 litrlik baza mühərrikli 5 pilləli mexaniki transmissiya, 106 at güclü 1,6 litrlik mühərrik isə 5 pilləli mexaniki və ya avtomatik transmissiya ilə.
“Cross” versiyanın arxa oturacağında üç baş dayağı, “Vesta”dan götürülmüş çoxfunksiyalı sükan, bütün qapılarda avtomatik şüşəqaldırma, kondisioner və audiosistem olacaq.
Namiq Musayev
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?










