Azərbaycan avtomobillərini idxal edəcək ölkələrin adları açıqlandı

“Azərbaycan Orta Asiya bazarlarına minik avtomobillərinin ixrac imkanlarını araşdırır”.
Avtosfer.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.
Nazir müavinin sözlərinə görə, hazırda “Khazar” markalı minik avtomobillərinin Orta Asiya bazarlarına - Özbəkistana, Qazaxıstana ixracının həyata keçirilməsi üzərində ciddi iş aparılır: “Bununla yanaşı, “Khazar” markalı minik avtomobillərinin Rusiya, Ukrayna bazarlarına ixracı ilə bağlı da müzakirələr aparılır”.
Xatırladaq ki, Azərbaycan Prezidentinin 2015-ci il tarixli sərəncamına əsasən, yaradılmış Neftçala Sənaye Məhəlləsinin dövlət başçısının iştirakı ilə 2017-ci ilin 24 sentyabr tarixində açılışı olub. Neftçala Sənaye Məhəlləsindəki ən böyük müəssisələrdən biri “AzKron” MMC avtomobil istehsalı zavodudur. Müasir texnologiyalar əsasında qurulan “AzKron” MMC avtomobil istehsalı zavodunda "Khazar", "Peugeot", "Renault" kimi avtomobil modelləri istehsal olunur.
“AzKron” MMC-nin illik istehsal gücü 10 min ədəd, o cümlədən 2 min ədəd ixrac üçün nəzərdə tutulub.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












