Azərbaycan "biznes klass" avtomobillərin kütləvi istehsalına başlayır - FOTO

Tezliklə Neftçala Sənaye Məhəlləsində yerləşən Avtomobil Zavodunda "biznes klass" sinfinə daxil olan avtomobilin kütləvi satışı üçün yığımına başlanacaq.
Avtosfer.az xəbər verir ki, bunu "Report"a "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.
E.Axundovun sözlərinə görə, yeni avtomobilin qiyməti 40 min manatdan başlayacaq: "Bu yaxınlarda "Khazar" avtomobilinin tam yeni modeli olan "Khazar CC"nin təqdimatını keçirəcəyik. Bu biznes sinif modelidir və son növ təchizatlarla təmin olunub. Belə ki, avtomobil avtomat ötürücü qutusuna malikdir. Artıq 30 ədəd istehsal etdiyimiz "Khazar CC"nin qiyməti modifikasiyasından asılı olaraq 40-45 min manat arasında dəyişəcək. Bazarda rəqiblərimizin təqdim etdiyi eyni komplektasiyalı maşınların qiyməti 56 min manatdan başlayır".
"Azərmaş" rəsmisi əlavə edib ki, yeni avtomobil Çinin bir sıra avtomobil istehsalçıları ilə birgə hazırlanır.
Gültən Qədirli
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur




















