Azərbaycan Çindən hibrid avtomobillərin idxalını kəskin artırıb

Ötən il Azərbaycan 1 milyard 428,23 milyon ABŞ dolları dəyərində 73 678 ədəd hibrid avtomobil (daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri) idxal edib.
Avtosfer.az-ın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 2,8 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 1 milyard 132,54 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 3,6 dəfə çox) 62 min 488 ədəd (+4,8 dəfə), Yaponiyadan 93,31 milyon ABŞ dolları dəyərində (-2 %) 5 min 31 ədəd (-23 %), Cənubi Koreyadan 69,6 milyon ABŞ dolları dəyərində (+81 %) 2 min 903 ədəd (+69 %), Amerika Birləşmiş Ştatlarından 46,51 milyon ABŞ dolları dəyərində (-25 %) 1 min 718 ədəd (+3,6 %), Almaniyadan 36,91 milyon ABŞ dolları dəyərində (-54 %) 615 ədəd (-52 %) hibrid avtomobili alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 26 197 ədəd hibrid avtomobilin 50 %-i Çinin payına düşüb.
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












